Bazar ertəsi, 01 İyul 2024 12:08

Yeni marşrutlar istifadəyə verildi

Bu gündən Bakı şəhərində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb.

Caspian Energy Media Marja.az-a istinadən xəbər verir ki, Hövsan qəsəbəsini (MİDA)  “28 May” metro stansiyası və “Əhmədli” metro stansiyası ilə əlaqələndirən 120 və 121E, həmçinin Şüvəlan və Mərdəkan qəsəbələrini Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 140 və 140E nömrəli marşrutlar sərnişinlərin istifadəsinə verilib.

Read 333 times