Cümə axşamı, 27 İyun 2024 14:16

Orta Dəhlizə yeni yüklərin cəlb olunması müzakirə edilib

Özbəkistanda səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bu ölkənin Dəmir Yollarının sədri Zufar Narzullayev və Tacikistan Dəmir Yolllarının sədri Komil Mirzoali ilə həm ayrı-ayrılıqda, həm də üçtərəfli formatda görüş keçirib.

Caspian Energy Media ADY-ə istinadən xəbər verir ki, görüşdə dəmir yolu sahəsində sıx əməkdaşlıq, eyni zamanda Orta Asiya – Avropa – Orta Asiya və Çin – Avropa – Çin istiqamətləri üzrə yük dövriyyəsinin artırılması  imkanları və bu imkanların dünya bazarında tanıdılmasının vacibliyi geniş müzakirə olunub.

Görüşün sonunda tərəflər arasında əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Daha ətraflı

Read 325 times Last modified on Cümə axşamı, 27 İyun 2024 10:35