Bazar ertəsi, 27 May 2024 17:25

AvtomatikaAz MMC LEF Network Azerbaijan layihəsi çərçivəsində işgüzar səfərdə iştirak edir

AvtomatikaAz MMC 26 may - 2 iyun tarixlərində LEF Network Azerbaijan layihəsi çərçivəsində baş tutacaq işgüzar səfərdə iştirak edir. Bu barədə AvtomatikaAz MMC şirkətinin təsisçisi və direktoru Xalid Səmədov bildirib.

Qeyd edək ki, səfər çərçivəsində Caspian Energy Club üzvləri Latviya, Estoniya və Finlandiyanı ziyarət edəcək. Səfərdə iştirak edəcək AvtomatikaAz MMC şirkətinin təsisçisi və direktoru Xalid Səmədov Caspian Energy Media-ya səfərdən gözləntiləri barədə məlumat verib. Onun sözlərinə görə, yeni ticarət əlaqələrinin qurulması, şirkətin təqdm etdiyi proqram təminatlarının Avropa bazarına çıxış imkanlarının yaradılması, habelə Avropa şirkətlərinin təcrübələrindən istifadə edilməsi planlaşdırılır.

Xatırladaq ki, Caspian Energy Club International European Union Central Baltic proqramı tərəfindən yaradılmış LEF Network Azerbaijan layihəsinin rəsmi tərəfdaşı seçilib. 3 illik LEF Network Azerbaijan layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Keçən il start verilən layihə yaxın 3 il ərzində yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sahəsində çalışan şirkətlərə dəstək olacaq. Bu layihə çərçivəsində Finlandiya, Estoniya və Latviyanın şirkətləri ilə Azərbaycan arasında 36 ay ərzində İKT, yaşıl texnologiyalar və təhsil sahələrində müqavilələrin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları sırasında Latviyanın Ticarət və Sənaye Palatası, Estoniyanın Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universiteti kimi qurumları yer alıblar.

Read 473 times Last modified on Çərşənbə, 29 May 2024 14:01