Cümə axşamı, 29 Avqust 2024 14:39

Azərbaycanın yeniyetmə cüdoçusu ikiqat dünya çempionu olub

Azərbaycanın yeniyetmə cüdoçuları Perunun paytaxtı Limada keçirilən dünya çempionatının ilk günündə iki medal qazanıblar.

“Caspian Energy Media” Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan Nihad Məmişov bütün rəqiblərinə qalib gələrək qızıl mükafata sahib çıxıb.

2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdə də eyni uğura imza atan N. Məmişov ikiqat dünya çempionu olub.

Read 228 times