Cümə, 02 Avqust 2024 17:17

Güləş üzrə olimpiya komandamızın yarısı bu gün Fransaya yollanıb.

Yunan-Roma güləşçilərimiz – Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq), eləcə də qadın güləşçimiz Mariya Stadnik (50 kq) Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Parisə yola düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, digər güləşçilərimiz və olimpiyaçıların yaxınları iştirak edib.

Caspian Energy Media Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, avqustun 5-də Muradla Sabah, növbəti gün Sənan və Mariya, Həsrətlə Rafiq isə ayın 7-də mübarizəyə başlayacaq.

Qeyd edək ki, Olimpiadanın son günlərində çıxış edəcək sərbəst güləşçilərimiz avqustun 6-da Parisə yollanacaq.

Read 295 times