Çərşənbə, 10 İyul 2024 14:43

İspaniya millisinin gənc futbolçusu Pelenin rekordunu yeniləyib

İspaniya millisinin və "Barselona" komandasının futbolçusu Lamin Yamal braziliyalı əfsanəvi hücumçu Pelenin rekordunu yeniləyib.

Caspian Energy Media AZƏRTAC-a istinadla xəbər verir ki, 16 yaşlı vinger bunu Avropa çempionatının yarımfinal mərhələsində Fransanı (2:1) məğlub etdikləri matçda reallaşdırıb. Belə ki, o, turnirin 1/2 final görüşündə meydana çıxan ən gənc oyunçu olub.

Braziliya millisinin sabiq üzvü Peleyə məxsus olan əvvəlki rekord isə 1958-ci ildə qeydə alınıb. Əfsanəvi futbolçu həmin vaxt 17 yaşında dünya çempionatının yarımfinal matçında oynayıb.

Dünənki qarşılaşmada Fransa millisinin qapısına baxımlı qol vuran L.Yamal həm də turnirdə fərqlənən ən gənc oyunçu kimi tarixə düşüb.

Read 330 times