Cümə, 24 May 2024 18:12

"Şəfa" futbol klubunun rəhbərliyində dəyişiklik olub

“My Group” MMC "Şəfa" futbol klubuna himayədarlıq edəcək. Bu barədə Caspian Energy Media-ya My Group Holdingin idarə heyətinin üzvü Fariz Sultan-Əhmədi bildirib.

Təsisçinin qərarı ilə yeni prezident və vitse-prezident vəzifələri təsis olunub. Müvafiq qərara əsasən Salmanzadə Sərdar Oqtay oğlu prezident, Sadiqli Kənan Soltan oğlu ilə Sultan-Əhmədi Fariz Təbriz oğlu isə vitse-prezident vəzifələrinə təyin olunub.

Qeyd edək ki, 1998 - ci ildə təsis edilmiş “Şəfa” futbol klubu qısa zamanda futbol ictimaiyyətinin və azarkeşlərin etimadını doğruldub və onların rəğbətini qazana bilib.

Read 510 times Last modified on Bazar ertəsi, 27 May 2024 08:52