Çərşənbə, 13 Noyabr 2024 17:02

İlham Əliyev Ruanda Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.

Ruanda Prezidenti Azərbaycanın “ASAN xidmət” təcrübəsinin çox maraqla qarşılandığını qeyd etdi. Bu təcrübənin Ruandada da tətbiq olunması istiqamətində birgə əməkdaşlıq məsələləri müzakirə olundu.

ASAN və DOST xidmətləri haqqında məlumat verən dövlətimizin başçısı burada göstərilən xidmətlərin keyfiyyətinin vətəndaşlar tərəfindən maksimum şəkildə müsbət qarşılandığını bildirdi.

Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.

 

Read 9 times Last modified on Çərşənbə, 20 Noyabr 2024 10:19