Oktyabrın 14-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə Türkmən xalqının Ümummilli Lideri, Türkmənistan Xalq Maslaxatının sədri Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub.
Son görüşdə əldə olunan razılaşmaların işlənib hazırlanmasında Özbəkistan-Türkmənistan strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinin cari məsələləri nəzərdən keçirilib.
Bu barədə “Caspian Energy Media” Özbəkistan Prezidentinin rəsmi saytına istinadən məlumat yayıb.