Çərşənbə, 11 Sentyabr 2024 12:36

Səhiyyə Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Qazaxıstan Respubikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi və mədəni ortaqlıqların iki ölkə arasında əlaqələrin əsasını təşkil etdiyini vurğulayıb. Nazirin sözlərinə görə, ölkələrimizin ənənəvi dostluq və qardaşlıq münasibətləri əsrlərə söykənir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edən Teymur Musayev bildirib: “Dövlət başçıları arasındakı dostluq əlaqələri bütün sahələrdə sıx əməkdaşlığın inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verir”.

Bu barədə “Caspian Energy Media” Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Daha ətraflı

Read 89 times