Cümə axşamı, 25 İyul 2024 14:32

Əli Əsədov Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 25-də Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya ilə görüşüb.

Caspian Energy Media Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev görüşdə iştirak edib.

Daha ətraflı

Read 95 times Last modified on Cümə axşamı, 25 İyul 2024 11:16