Çərşənbə axşamı, 09 İyul 2024 10:48

Ərdoğan NATO sammitində iştirak üçün ABŞ-yə gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə gedib.

Caspian Energy Media T.C. Cumhurbaşkanlığının rəsmi səhifəsinə istinadən xəbər verir ki, səfərdə məqsəd NATO-nun Vaşinqton sammitində iştirak etməkdir.

Türkiyə Prezidenti Vaşinqtonda sammit çərçivəsində bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır.

Read 119 times Last modified on Çərşənbə axşamı, 09 İyul 2024 11:38