Cümə axşamı, 30 May 2024 14:50

Nazir Ceyhun Bayramov Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb

30 may 2024-cü il tarixində nazir Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

Caspian Energy Media XİN-ə istinadən xəbər verir ki, iki nazir arasında təkbətək görüşdən sonra, geniştərkibli formatda nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüşdə nazirlər Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlığı yüksək qiymətləndirərək, qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin iki ölkə arasında bütün sahələrdə əlaqələrin daha da inkişafına xüsusi təkan verdiyini vurğulayıblar. Həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha ətraflı: https://mfa.gov.az/az/news/no23624

Read 136 times Last modified on Cümə axşamı, 30 May 2024 13:05