Cümə, 10 May 2024 09:17

Ceyhun Bayramovun Qazaxıstan Respublikasına işgüzar səfərə yola düşüb

Caspian Energy Media Xarici işlər nazirliyinə istinadla xəbər verir ki,10 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasına işgüzar səfərə yola düşüb.

Səfər çərçivəsində Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqlarının növbəti raundunun, habelə Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Read 129 times Last modified on Cümə, 10 May 2024 07:12