Çərşənbə axşamı, 07 May 2024 13:17

Bolqarıstan prezidenti Azərbaycana səfər edəcək

Caspian Energy Media Marja-ya istinadən xəbər verir ki, Bolqarıstan Prezidenti Rumen Radev mayın 8-də Azərbaycan səfər edəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq səfərdə Bolqarıstan Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinə energetika naziri, Bolqarıstan Parlamentində Bolqarıstan-Azərbaycan Dostluq Qrupunun sədri və biznes nümayəndələri daxildir.

Səfər çərçivəsində Bolqarıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair Birgə Bəyannamə imzalanacaq.

Read 195 times Last modified on Cümə axşamı, 06 İyun 2024 07:57