Bazar ertəsi, 28 Oktyabr 2024 17:53

Muxtar Babayev və Con Podesta COP29 ərəfəsində iqlim əməkdaşlığını müzakirə ediblər

COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi müşaviri Con Podesta ilə görüşüb.

“Caspian Energy Media” xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Tərəflər 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində iqlim dəyişikliyi probleminin həlli üçün əməkdaşlığın və qlobal tədbirlərin əhəmiyyətini müzakirə ediblər.

Read 114 times