Bazar ertəsi, 26 Avqust 2024 10:35

“Bafco İnvest” MMC Özbəkistanda sərgidə iştirak edib

Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan məhsulları və ölkəmizdə göstərilən xidmətlərə həsr olunan “İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım” adlı sərgi təşkil olunub.

“Caspian Energy Media”ya şirkət tərəfindən verilən məlumata görə, “Uz Expo Centre”də İqtisadiyyat Nazirliyinin dəstəyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən bu tədbirdə “Bafco İnvest” MMC-nin istehsal etdiyi məhsullar sərgilənmişdir.

“Bafco İnvest” MMC-nin poliuretan və təbii dəridən hazırlanan xüsusi işçi ayaqqabıları sərgi iştirakçıları və qonaqların böyük marağına səbəb olmuşdur. Tədbir çərçivəsində şirkət təmsilçiləri tərəfindən əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə Özbəkistanın müxtəlif şirkətlərinin nümayəndələri ilə danışıqlar və görüşlər keçirilmişdir.

Read 142 times Last modified on Bazar ertəsi, 26 Avqust 2024 10:53