Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikalini, Formula 1-in məsləhətçisi Flavio Briatoreni və britaniyalı supermodel Naomi Kempbelli qəbul edib.
Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.
Formula 1-in növbəti dəfə ölkəmizdə keçirilməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev bu yarışların Azərbaycanın dünyada daha çox tanıdılması baxımından ildən-ilə böyük rol oynadığını qeyd edib.