Çərşənbə, 28 Avqust 2024 10:36

Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Bu gün Fransanın paytaxtı Parisdə Yay Paralimpiya Oyunlarının açılış mərasimi baş tutacaq.

“Caspian Energy Media” xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Mərasimdə Azərbaycan bayrağını parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva daşıyacaqlar.

Read 103 times