2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar avqustun 22-də Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində Mətbuat qrupunun iclası keçirilib.
Beynəlxalq müşahidə missiyası təmsilçilərinin də qatıldığı iclasda, Mətbuat qrupunun tərkibinə daxil olan MSK üzvləri və media subyektlərinin nümayəndələri iştirak edib.
“Caspian Energy Media” Mərkəzi Seçki Komissiyasının rəsmi saytına istinadla xəbər verir ki, seçkiqabağı təşviqatın aparılması ilə bağlı müxtəlif məsələlər ətrafında geniş müzakirələrdən və iştirakçıların suallarına aydınlıq gətirildikdən sonra iclas öz işini yekunlaşdırıb.