Çərşənbə, 21 Avqust 2024 14:22

"Çelsi"nin yarımmüdafiəçisi "Atletiko"ya transfer edilib

İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Konor Qallaher İspaniya təmsilçisi "Atletiko" (Madrid) ilə anlaşıb.

"Caspian Energy Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Konor Qallaher ilə 5 illik müqavilə imzalanıb.

Bu transfer paytaxt təmsilçisinə 40 milyon avroya başa gəlib.

Qeyd edək ki, Qallaher ötən mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə 50 oyun keçirib və 7 qola imza atıb.

Read 89 times