Çərşənbə, 21 Avqust 2024 12:38

Bu il dövlət əmlaklarının özəlləşdirilməsindən büdcəyə 100 milyon manatdan çox vəsait daxil olub

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin ilk 7 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 122,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-iyul ayları ərzində 35 hərrac keçirilib. Hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 465 nəqliyyat vasitəsi satılıb. Bu ilin yanvar-iyul ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 360 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 44 onlayn qoşulma reallaşıb.

“Caspian Energy Media” Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, cari ilin ilk 7 ayında özəlləşdirmədən dövlət büdcəsinə 100,7 milyon manat vəsait daxil olub, ötən ilin eyni dövrü ilə müqayisədə 46,1% artım qeydə alınıb.

Daha ətraflı

Read 97 times