Özbəkistan tərəfinin təşəbbüsü ilə Vladimir Putinlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.
İki lider müxtəlif sektorlar üzrə sürətlə inkişaf edən ikitərəfli əməkdaşlığın əsas aspektlərini müzakirə ediblər.
“Caspian Energy Media” Özbəkistan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Prezidentlər gələcək əməkdaşlıqlar barədə də razılığa gəliblər.