Caspian Energy Media Türkiyə Xarici İşlər Nazirliyinin X hesabında edilən paylaşıma istinadla xəbər verir ki, Türkiyə-İraq Birgə Planlaşdırma Qrupunun Hazırlıq Toplantısının Ankarada Xarici İşlər Nazirinin müavini Nuh Yılmaz və iraqlı həmkarı Məhəmməd Hüseyn Bəhr-ul Ulumun həmsədrliyi ilə keçirildiyi bildirilib.
Yazıda deyilir ki, “Görüşdə iki ölkə arasında əlaqələrin institusionallaşdırılması üçün imzalanmış sazişlərin icra prosesi, Birgə Daimi Komitələrin fəaliyyəti və prioritet əməkdaşlıq istiqamətləri müzakirə edilib”.