Çərşənbə, 14 Avqust 2024 11:08

Olimpiya çempionları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idman nümayəndə heyətinin üzvləri, olimpiya çempionları və mükafatçıları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

“Caspian Energy Media” Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, həmçinin Şəhidlər Xiyabanı da ziyarət olunub.

Read 112 times