Çərşənbə axşamı, 13 Avqust 2024 11:05

“AzInTelecom” tərəfindən 23 minə yaxın IMEI koda “klon” statusu verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların qanunsuz yollarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir. Mütəmadi monitorinqlər nəticəsində surəti köçürülmüş IMEI kodlar aşkarlanaraq onlara “klon” statusu verilir. “Klonlaşdırılmış” IMEI kodlarla istifadə olunan cihazlara məhdudiyyət tətbiq olunur.

Caspian Energy Media “AzInTelecom”un mətbuat xidmətinə istinadla xəbər verir ki, mübarizə tədbirləri çərçivəsində bu günədək 22 935 IMEI koda “klon” statusu verilərək bloklanıb. Həmin IMEI kodlar bloklanmamışdan əvvəlki 3 ayda 1 558 527 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bloklanmış IMEI kodlarla bu günədək 1 097 702  dəfə şəbəkəyə qoşulma cəhdinə “AzInTelecom”un Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib.

Daha ətraflı

Read 268 times