Bazar ertəsi, 12 Avqust 2024 13:51

Bakı şəhəri ilk dəfə olaraq İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək

Azərbaycanın noyabrda COP29-a ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda paytaxt Bakı şəhəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı ərəfəsində cəmiyyəti maarifləndirərək səfərbər etmək məqsədilə ilk İqlim Fəaliyyəti Həftəsinə hazırlıq görür.

Bu barədə Caspian Energy Media COP29-un rəsmi səhifəsinə istinadən xəbər verir.

COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarainin təşəbbüsü ilə təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsi 30 sentyabr bazar ertəsindən 4 oktyabr cümə gününə qədər keçiriləcək. Hazırda dünyanın şəhər səviyyəli ən böyük ictimai iqlim tədbiri - London İqlim Fəaliyyəti Həftəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsində yüksək səviyyəli beynəlxalq konfransların, eləcə də çoxtərəfli yerli və icma yönümlü tədbirlərin keçirilməsi planlaşdırılır.

Builki tədbirin əsas mövzuları “Enerji keçidi”, “Şəhərlər/Urbanizasiya olunmuş mühitlər”, “Su təhlükəsizliyi”, “Qida və Kənd təsərrüfatı”, “Kiçik və Orta biznes müəssisələri” və “Yaşıl bacarıqlar” olacaq.

Həftənin birinci yarısında tədbirdə dövlət qurumları, elmi dairələr və özəl sektor nümayəndələri iştirak edəcək, ikinci yarısında isə incəsənət və mədəniyyət tədbirləri təşkil olunacaqdır.

Daha ətraflı

Read 273 times