Cümə, 09 Avqust 2024 11:42

Özbəkistanlı boksçu "Paris-2024"-də qızıl medal qazanıb

Özbəkistan idmançısı Həsənboy Dusmatov 51 kiloqram çəki dərəcəsində boks üzrə final görüşündə çıxış edib.

Həsənboy fransalı Billal Bennamla üz-üzə gəlib və onu məğlub edərək Parisdə keçirilən Olimpiya Oyunlarının ikinci qızıl medalının sahibi olub.

Qeyd edək ki, hazırda Özbəkistan olimpiya komandası 3 qızıl və 2 bürünc medala sahibdir.

Bu barədə Caspian Energy Media “Paris2024”ün rəsmi saytına istinadla xəbər verir.

Read 123 times