Cümə, 09 Avqust 2024 15:12

Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarımfinala yüksəlib

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Caspian Energy Media “Report”a istinadla xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Lxaqvaqerel Munxtur (Monqolustan) ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Meşvildişvili (12:2) yarımfinala yüksəlib. O, finala gedən yolda Geno Petriaşvili (Gürcüstan) ilə görüşəcək.

Read 132 times