Cümə axşamı, 08 Avqust 2024 15:20

Paris-2024: Osman Nurmaqomedov 1/4 finala vəsiqə qazanıb

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Caspian Energy Media Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Monqolustandan olan Bat Erden Byambasurenlə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Nurmaqomedov (11:2) 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Read 163 times