Çərşənbə, 07 Avqust 2024 12:07

Azərbaycan və DB "Yaşıl və Dayanıqlı Şəhər" konsepsiyası çərçivəsində yeni layihələr müzakirə ediblər

Azərbaycanda "Yaşıl və Dayanıqlı Şəhər" konsepsiyası çərçivəsində birgə layihələrin perspektivləri barədə Dünya Bankı ilə ətraflı fikir mübadiləsi aparılıb.

Caspian Energy Media xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefani Stalmayster ilə məhsuldar görüşümüz baş tutdu. Paytaxt Bakının Baş Planı və şəhərin dayanıqlı inkişaf istiqamətləri, habelə Azərbaycanda "Yaşıl və Dayanıqlı Şəhər" konsepsiyası çərçivəsində birgə layihələrin perspektivləri barədə ətraflı fikir mübadiləsi apardıq", - A. Quliyev qeyd edib.

Read 253 times Last modified on Çərşənbə, 07 Avqust 2024 12:17