Çərşənbə, 07 Avqust 2024 14:39

Paris-2024: Güləşçimizdən uğurlu başlanğıc

Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən güləş yarışlarının üçüncü gününə start verilib.

Caspian Energy Media Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə  istinadla xəbər verir ki, klassiklərin mübarizəsində daha bir təmsilçimiz Həsrət Cəfərov xalça üzərinə çıxıb.

İdmançımız olimpiadaya 1/8 finaldan başlayıb. Dünya çempionatlarının gümüş və bürünc mükafatçısı ilk mərhələdə misirli Mohamed Elsayedlə qarşılaşıb.

Görüş idmançımızın tam üstünlüklü qələbəsi ilə (8:0) başa çatıb. H.Cəfərov bu qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb.

Read 129 times