Çərşənbə axşamı, 06 Avqust 2024 16:32

İndoneziya parlamentinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

Avqustun 6-da Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan İndoneziya Respublikası Parlamentinin Nümayəndələr Palatasının İnzibati işlər komitəsinin sədr müavini Nasril Baharın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Caspian Energy Media Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı qonaqlara Milli Məclisin və onun Aparatının strukturu, qanunvericilik prosesi, partiyaların təmsilçiliyi, həmçinin parlament diplomatiyasının gücləndirilməsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Daha ətraflı

Read 53 times