Olimpiadanın ən çox arzulanan mükafatı olan qızıl medalın çox az hissəsi qızıldan ibarətdir.
Caspian Energy Media “Euronews”a istinadla xəbər verir ki, medalın çəkisi 529 qramdır və cəmi altı qramı, başqa sözlə desək, 1,3 faizi qızıldan, qalan hissəsi isə xalis gümüşdən ibarətdir.
Buna baxmayaraq, gümüş medal tamamilə gümüşdən hazırlanır. Bürünc medal mis, qalay və sink ərintisi qarışığıdır.