Çərşənbə axşamı, 30 İyul 2024 10:00

“Azpetrol” Xocalıda modul tipli YDM istifadəyə verib

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, Xocalı rayonun Əsgəran qəsəbəsində 30 iyul tarixində, sayca 105-ci modul tipli yanacaqdoldurma məntəqəsini istifadəyə verdi. Yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Aİ-95 və dizel yanacaq növlərinin satışı həyata keçiriləcək.

Xatırladaq ki, “Azpetrol” şirkətinin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Hazırda şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 104 yanacaqdoldurma məntəqəsi (YDM), 1 maye qazdoldurma məntəqəsi (QDM ), 4 CNG tipli (CNG) qazdoldurma postu (sıxılmış təbii qaz), 4 LPG postu (propan-butan), 1 STQ tipli (CNG) terminalı və 20 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir.

Azpetrol-Daim inkişafa doğru!

Əlaqə: 957

Read 391 times Last modified on Çərşənbə axşamı, 30 İyul 2024 06:20