Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi uzun illər işğal altında qalan Xocalı azad olunduqdan sonra qısa müddət ərzində burada bərpa və yenidənqurma işlərini sürətlə davam etdirir.
“Caspian Energy Media” “Report”a istinadən xəbər verir ki, Birlik Xocalı sakinlərinin təbii qaza olan tələbatının dayanıqlı və fasiləsiz şəkildə təmin edilməsi üçün lazımi işləri icra edir.