Cümə, 26 İyul 2024 12:02

Somalinin naziri "ASAN xidmət"lə tanış olub

25 iyul 2024-cü il tarixində Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ahmed Moallim Fiqinin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Caspian Energy Media "VXSİDA"ya istinadla xəbər verir ki, nazir “ASAN xidmət” təcrübəsininin onda yüksək təəssürat yaratdığını və öz ölkəsində tətbiqi ilə bağlı marağını ifadə edib.

Bundan əlavə, nümayəndə heyəti "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı” mərkəzinin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə tanış olub.

Daha ətraflı

Read 92 times