ABŞ Məxfi Xidmətinin direktoru Kimberli Çitl şənbə günü, iyulun 13-də keçmiş prezident Donald Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı ABŞ Nümayəndələr Palatasında ifadə verib.
Caspian Energy Media “euronews”a istinadla xəbər verir ki, təxminən 4 saat 40 dəqiqə davam edən ifadəsi zamanı Cheatle keçmiş prezidentə qarşı sui-qəsdin qarşısını ala bilməmələrini “Məxfi Xidmətin son illərdə yaşadığı ən böyük əməliyyat uğursuzluğu” kimi təsvir edib.
Xatırladaq ki, keçmiş prezident Tramp şənbə günü, iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində Respublikaçılar Partiyasının mitinqində sui-qəsd zamanı qulağından yaralanıb.
Hücum zamanı mitinqdə iştirak edən 1 nəfər ölüb, 2 nəfər yaralanıb. ABŞ Məxfi Xidməti hücumçunun öldürüldüyünü açıqlayıb.
Federal Təhqiqat Bürosu (FTB) sui-qəsdə cəhd edən və hadisə yerində öldürülən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu açıqlayıb.