Bazar ertəsi, 22 İyul 2024 14:41

Qazaxıstan prezidentinin İranın yeni prezidenti ilə ilk telefon danışığı olub

Kasım-Jomart Tokayev İranın yeni prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Caspian Energy Media bu barədə Qazaxıstan Respublikası Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qazaxıstan prezidenti İran İslam Respublikasının yeni seçilmiş prezidenti Məsud Pezeşkianı seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib və ona məsul dövlət vəzifəsində uğurlar arzulayıb.

Read 72 times