Cümə axşamı, 18 İyul 2024 18:20

İlham Əliyev Oksfordda Çexiyanın Baş naziri Petr Fiala ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb.

Caspian Energy Media Prezidentin mətbuat xidmətinə istinadla xəbər verir ki, Petr Fiala Azərbaycan ilə Çexiya arasında münasibətlərin strateji xarakteri daşıdığını, əlaqələrimizin çox möhkəm təməllər əsasında qurulduğunu bildirdi. Qeyd etdi ki, Çexiya Azərbaycan ilə münasibətləri bundan sonra da inkişaf etdirmək niyyətindədir.

Görüşdə Azərbaycan ilə Çexiya arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Daha ətraflı

Read 91 times