Cümə axşamı, 18 İyul 2024 14:47

İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib

İyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilib.

Caspian Energy Media AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Plenar sessiya başa çatandan sonra iştirakçılar birgə foto çəkdiriblər.

Read 60 times