Bazar ertəsi, 15 İyul 2024 12:50

Dövlət Vergi Xidməti ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

 

ADA Universiteti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) arasında nəzəri və təcrübi biliklərin artırılmasına dair birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd tərəflər arasında intensiv əlaqələr qurmaqla faydalı əməkdaşlığın təşviqini və gücləndirilməsini ehtiva edir.

 

Memorandum ayrı-ayrılıqda və ümumi hədəflərə nail olmaq üçün tərəflərin birgə və koordinasiyalı əməkdaşlığını, ADA Universitetində təhsil alan tələbələrin  DVX-nin struktur bölmələrində təcrübə keçməsini, birgə yerli və beynəlxalq elmi konfransların, dəyirmi masaların, seminarların, təlim kurslarının, simulyasiyaların (müsabiqələrin), forumların, sərgi və görüşlərin keçirilməsini, müştərək layihələrin, müvafiq dərs vəsaitlərinin, elmi məqalələrin və nəşrlərin hazırlanmasını, tələbələrin könüllülər qismində Xidmətin aparatı və müxtəlif qurumlarında könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə əsasında işə cəlb edilməsini, DVX əməkdaşlarının universitetin tədrisində nəzərdə tutulan mövzulara müəllim və təlimçi qismində cəlbini və digər məsələləri əhatə edir.

 

Daha ətraflı

 

 

Read 345 times