Çərşənbə, 10 İyul 2024 10:36

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanda işgüzar səfərdədir

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib.

Caspian Energy Media xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Dost ölkədən olan həmkarlarımızla keçirəcəyimiz görüşlərdə birgə fəaliyyətimizi genişləndirmək üçün yeni imkanları dəyərləndirmək niyyətindəyik", - deyə o qeyd edib.

Səfər çərçivəsində bu gün Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının 13-cü iclası keçiriləcək. Həmçinin, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclasının, eləcə də Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovla görüş keçirilməsi nəzərdə tutulur.

Read 319 times