Çərşənbə axşamı, 09 İyul 2024 10:05

Nazir Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb

9 iyul 2024-cü il tarixində, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

Caspian Energy Media nazirliyə istinadən xəbər verir ki, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilən NATO Zirvə Görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Read 49 times