Cümə, 05 İyul 2024 15:49

Muxtar Babayev Konqo Prezidenti ilə görüşüb

Muxtar Babayev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.

Caspian Energy Media xəbər verir ki, bu barədə Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Sultan Hacıyev vurğulayıb ki, görüş Brazzavildə meşələrin salınması və bərpası üzrə birinci beynəlxalq konfrans çərçivəsində baş tutub.

“İqlim dəyişikliyi ilə mübarizə ölkələrimizin ikitərəfli tərəfdaşlığının prioritet istiqamətlərindən biridir”, - paylaşımda qeyd edilib.

Read 59 times