Çərşənbə axşamı, 02 İyul 2024 15:59

UEFA Gürcüstan Futbol Federasiyasını 46 min avro cərimələyib

UEFA Gürcüstan Futbol Federasiyasını (GFF) 46 min avro cərimələyib.

Caspian Energy Media "Report"-a istinadən xəbər verir ki, GFF Almaniyada təşkil edilən AVRO-2024-ün qrup mərhələsinin Türkiyə millisi ilə oyununda (1:3) gürcü azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi və iğtişaş törətməsi səbəbindən 36,25 min avro cərimələnib. Portuqaliya ilə görüşdə (2:0) isə azarkeşlər meydana çıxıb və pirotexniki vasitələrdən istifadə ediblər. GFF buna görə daha 9,75 min avro cərimələnib. Beləliklə, ümumi məbləğ 46 min avro olub.

Read 415 times Last modified on Çərşənbə, 03 İyul 2024 11:41