Cümə axşamı, 27 İyun 2024 15:12

BMU və AQTİ arasında anlaşma memorandumu imzalanıb

İyunun 25-də Bakı Mühəndislik Universiteti (BMU) ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) arasında elmi-tədqiqat üzrə fəaliyyətlərin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

İmzalanma mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA) Qoşqar Təhməzli, hər iki qurumun rəhbər şəxsləri, o cümlədən professor-müəllim heyəti iştirak edib.

Caspian Energy Media elm və təhsil nazirliyinə istinadən xəbər verirki, sənəd qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-praktiki əlaqələrin qurulması, inkişaf etdirilməsi, elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsi, təkmilləşdirilməsi və digər istiqamətlərdə əməkdaşlıq məqsədi daşıyır.

Daha ətraflı

Read 329 times Last modified on Cümə axşamı, 27 İyun 2024 11:22