Caspian Energy Media KOBİA-ya istinadən xəbər verir ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ölkədəki “scale-up” mərhələsindəki startap və KOB-ların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində 13-14 iyun tarixlərində Bakı şəhərində 2 günlük vörkşop keçirməyi planlaşdırır.
Vörkşopda Azərbaycanla yanaşı, Mərkəzi Asiya və Türkiyədən də startapların iştirakı gözlənilir.
Qeydiyyat üçün son tarix: 20 may, 2024-cü il
Ətraflı məlumat üçün: https://shorturl.at/lmrDP