Çərşənbə, 01 May 2024 11:37

“Bakı Alüminium Profil” MMC özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ölkənin tikinti materialları sənayesi sektorunda daha bir müəssisəsinin - “Bakı Alüminium Profil” MMC-nin dövlətə məxsus paylarının satışı üzrə keçirilən investisiya müsabiqəsinin qalibi müəyyənləşib. Caspian Energy Media Əmlak məsələləri dövlət xidmətinə istinadən xəbər verir ki, müsabiqə qalibi 5 milyon 50 min manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəlik götürüb.

Qeyd edək ki, İnvestisiya Proqramının icrası müəssisədə 100 yeni iş yerinin açılmasına imkan yaradacaq.

Daha ətraflı: https://emlak.gov.az/az/news/view/8722-%E2%80%9CBak%C4%B1-Al%C3%BCminium-Profil%E2%80%9D-MMC-%C3%B6z%C9%99ll%C9%99%C5%9Fdirilib

Read 447 times Last modified on Cümə axşamı, 02 May 2024 12:04