Cümə axşamı, 02 May 2024 13:59

Azərbaycan və Özbəkistan ikitərəfli biznes əlaqələrinin yeni formatı müzakirə olunub

Azərbaycan və Özbəkistan arasında biznes əlaqələri müzakirə edilib.

Caspian Energy Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində öz rəsmi hesabında paylaşım edib.

"Üçüncü Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Uğura doğru birgə yol: Özbəkistan və Azərbaycan" panel sessiyasında ölkələrimiz arasında strateji tərəfdaşlığın perspektivləri, ikitərəfli biznes əlaqələrinin yeni formatı və investisiyaların təşviqinin qarşılıqlı dəstəklənməsi təşəbbüsləri barədə danışdıq", - M. Cabbarov qeyd edib.

Read 444 times Last modified on Cümə axşamı, 02 May 2024 11:31